“TÜRKSOY-un mübarək yolu”na görə “Əhməd Cavad-130” medalı

14 Dekabr 2022 20:49 (UTC+04:00)

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər doktoru Sabir Şahtaxtı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Əhməd Cavad-130” medalı ilə təltif edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“TÜRKSOY-un mübarək yolu” kitabına görə verilən mükafat laureata TÜRKSOY-un baş katibi Sultan Rayev və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mərkəzi qərargahında təqdim olunub.

Qeyd edək ki, “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən TÜRKSOY-da birgə keçirilib.

“TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində Ümummilli Lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirlərinin yer aldığı kitab türk dünyasının dahilərini, mədəni zənginliyini, aydınlarını, ülvi dəyərlərini təbliğ edir.