Macarıstan rəhbərliyi Qətərlə qaz tədarükü ilə bağlı danışıqların başlanması ilə bağlı siyasi saziş bağlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto Qətərli həmkarı Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, respublika Qətər qazını Adriatik sahilindəki Xorvatiya terminalları vasitəsilə nəql etməyə başlaya bilər. Bunun üçün Macarıstan şirkətləri Qətər tədarükçüsü ilə danışıqlar aparmalıdır.
Qeyd edək ki, Qətər Avropa qaz bazarında Rusiyanın əsas rəqibidir. Məhz onun köməyi ilə Avropa İttifaqı “Qazprom”un tədarükünün azaldılmasını kompensasiya etmək niyyətindədir.
Xatırladaq ki, Yaxın Şərq dövləti dünyanın ən böyük dəniz qaz ehtiyatlarına malikdir və uzunmüddətli müqavilələr imzaladıqdan sonra regionu yanacaqla təmin edə bilir.
Öz növbəsində, Macarıstan da Rusiyanın Avropadakı neft və qaz mövqelərinin əsas müdafiəçisi olaraq qalır. Digər məsələlərlə yanaşı, ölkə Avropa İttifaqı tərəfindən Rusiya qazının qiymətlərinin məhdudlaşdırılmasının qarşısını alır, həmçinin “Drujba” neft kəməri ilə neft tədarükünün qiymət tavanından çıxarılmasına nail ola bilib. O da maraqlıdır ki, Budapeştdə Rusiyanın enerji resurslarından tamamilə asılı olduqlarını və onlardan imtina edə bilməyəcəklərini göstərirlər.
Bundan əvvəl Sloveniyanın Macarıstanın Rusiyadan asılılıqdan qurtulmasına kömək etməyə hazır olduğu bildirilirdi. Bu respublikanın hakimiyyət orqanları Əlcəzair qazının tədarükü üçün qonşu ölkəyə boru kəməri çəkmək niyyətindədir. Sloveniyanın özü də Əlcəzairdən gələn tədarüklərin köməyi ilə Rusiyadan qaz alışını üçdə bir azaldacaq.
Yeri gəlmişkən, Macarıstan hakimiyyətinin mövqeyini dəyişmək üçün Avropa İttifaqının rəhbərliyi ona təzyiq edə bilər. Belə ki, mətbuatda yayılan məlumatlara görə, Avropa İttifaqı ölkələri Avropa İttifaqının Balanslaşdırılmış İnkişaf Fondundan Macarıstana ayrılan 6,3 milyard avro məbləğində vəsaitin dondurulmasına razılaşıblar.
Ağasəf Babayev