Dekabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 304 doza vaksin vurulub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 55, üç və daha çox doza vaksinlərin sayı 134, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 926 min 542, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 160, ikinci mərhələ üzrə 4 milyon 874 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 289, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 272-dir.