Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarını qanunsuz istismar edirlər. Bu səbəbdən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası ikinci gündür davam edir. Aksiya iştirakçılarının sayı durmadan artır. Bəs şəhər sakinlərimizin bu cür aksiyaya qarşı münasibəti necədir? Rus sülhməramlıları həmin ərazilərdən çıxarılmalıdırmı? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.
Paytaxt sakini Əzizə İsmayılova: "Oradakı hadisələrlə bağlı düşüncələrim hər kəs necə düşünürsə mən də elə düşünürəm. Düşünürəm ki, bu aksiyanın keçirilməsi lazım idi. Çünki qarşı tərəf məsələnin sülh yolu ilə həll olunmasına maraqlı deyil. Biz orada qeyri-adi heç bir şey etmirik. Biz öz ərazimizdə haqlı mübarizəmizi ortaya qoyuruq. Hamıda bilir ki, imzalanan 3tərəfli sazişdə müddəa yoxdu ki, Azərbaycan vətəndaşları ərazimizdə filan yerlərə gedə bilməzlər. Və yaxud da əksinə Azərbaycan ərazisində yaşayan ermənilər filan yerə gedə bilməzlər. Belə bir müddəa orada yoxdu. Bizimkilər də sadəcə öz ərazilərindədilər və keçmək istəyib orada olan təbii sərvətlərimizə baxmaq istəyirlər. Bu hamımızın haqqıdır".
Paytaxt sakini İsməli Abbaszadə: "Mənim fikrimcə bu aksiyaların keçirilməsi bizim haqlı istəyimizdir. Mən də dəstək vermək üçün orada olmaq istəyərdim. Orada olan həm ermənilərin həm də ki, sülhməramlıların elədiyi hərəkətlər düzgün deyil. Ora bizim torpaqlarımızdı bizim orada haqqımızı qorumalıyıq və imkan verməməliyik ki, ermənilər orada rahatlıqla təbii sərvətlərimizi istismar etməsinlər".
Paytaxt sakini Gülmirə Muradlı: "Mən Şuşa-Xankəndi yolunda keçirilən aksiyalara müsbət baxıram. Bir-iki gün əvvəl görmüşəm bu hadisənin olmasını, özümdə fikirləşirəm ki, o an həmin insanların yanında olmaq istəyərdim. Orada olan insanlara baxdıqca mənim özümdə vətənpərvər hisslər oyandı və mən ümid edirəm ki, bu haqlı mübahisəmizdə biz qələbə qazanarıq".
Türkiyə vətəndaşı Enis Yolaçan: "Şuşadakı olaylarla əlaqədar mütləq şəkildə Azərbaycanı haqlı bilirik. Öz sərhədi olmayan torpaqlarda sanki öz torpaqları kimi davranan, rəftar edən Rusiyanıda şiddətlə qınayırıq. Onların elədikləri mənim fikrimcə heç də etik deyil. Bu məsələdə qardaş ölkə Azərbaycanı dəstəkləyirik".
Türkiyə vətəndaşı Tunahan Tuna: " Bakıya iş üçün gəldim və mediadan izlədiyimə görə Şuşadakı olaylar üçün onu deyə bilərik ki, biz haqsız olan Rusiyanı dəstəkləmirik. Azərbaycanıda öz torpaqlarına hakim olmalıdır. Sərhədlər tamami ilə qardaşdır. Qardaş ölkəmiz Azərbaycanda öz sərhəddinə mütləq şəkildə sahib olmalıdır".
Paytaxt sakini Samir İbadov: "Mənidə bu ölkənin vətəndaşı kimi bu son olaylar ciddi maraqlandırır. Hətta məsələnidə səhv etmirəmsə "ECO"sahəsi ilə bağlıdı. Təbii ki, təbiətimizi qorumaq ümumiyyətlə bütün dünya insanları olaraq hər birimziin borcudur. Mən özümdə orada xidmət eləmişəm və görmüşəm ki, orada çox ciddi şəkildə problemlər yaşanır. Çoxlu ağaclar məhv olur, "ECO" problemlər yaşanır. Mən tam olaraq tərəfdarıyam ki, bu məsələlər də ciddi bir əməl görünsün və bu prossesin qarşısı alınsın".