Finlandiyanın müdafiə naziri Antti Kaikkonen 2023-cü il yanvarın əvvəlindən fevralın sonuna kimi atalıq məzuniyyətində olacağını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Twitter” hesabından verdiyi açıqlamada sözügedən dövrdə nazirliyin başına başqa birinin keçəcəyini bildirən A.Kaikkonen yazıb: “Ölkənin təhlükəsizliyi etibarlı əllərdə olacaq. Yanvar-fevral aylarında atalıq məzuniyyətinə gedirəm. Uşaqlar bir müddət körpə olacaqlar və bunu sadəcə fotoşəkillərlə xatırlamaq istəmirəm.”
Finlandiya qanunlarına görə, hər iki valideynin uşaq doğulduqdan sonra işdən məzuniyyətə ayrılmaq haqqı var. Bu hüquqdan eyni vaxtda yalnız bir valideyn istifadə edə bilər. Ana və ata eyni vaxtda 18 gün məzuniyyət götürə bilir. Göstərilən məzuniyyətin ümumi müddəti 320 iş günü hesablanır. Valideyn 63 günə qədər məzuniyyətini həyat yoldaşına vermək hüququna malikdir.