Azərbaycanın dövlət büdcəsinin qalığı 7 dəfədən çox artıb

14 Dekabr 2022 16:31 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsnin gəlirləri 28 978,1 milyon manat, xərcləri isə 25 975,5 milyon manat təşkil edib.

SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,5 % və 16,4 % çoxdur.

Son nəticədə büdcədə 3 002,6 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 7,2 dəfə çoxdur.