Avstraliyanın Kvinslend Universitetinin beyin institutunda Alzheimer xəstələrinin müalicəsində istifadə üçün yeni texnologiya hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klinik sınaqlarına başlanılan araşdırma üçün institutda hazırlanmış "UltraThera" adlı yeni ultrasəs cihazının sınaqdan keçirildiyi bildirilib.
Bildirilib ki, tədqiqat qrupu cihazla neyromodulyasiya effekti əldə edərək, Alzheimer xəstələrinin beynindəki sinir fəaliyyətini və ümumi beyin funksiyasını dəyişməyi hədəfləyib. Qeyd edilib ki, bu prosedurun Alzheimer xəstəliyinin bəzi əlamətlərini yaxşılaşdıracağı gözlənilir.