Meşə fondu torpaqlarında 25 mindən artıq ağac əkilib - ETSN

14 Dekabr 2022 16:09 (UTC+04:00)

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq bu gün Qəbələ, Şamaxı, Sabirabad və Bərdə rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində ümumilikdə 25 000-dən artıq ağac tingi əkilib, 450 kiloqramdan çox toxum səpilib.

"Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”.