Nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək - BNA

14 Dekabr 2022 15:29 (UTC+04:00)

Binəqədi rayonu, "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Qurumdan SİA-ya verilən məlumata əsasən, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.