Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-İsveçrə Biznes Forumu keçirilir. SİA xəbər verir ki, Forumda Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, SECO-nun ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iştirak edir.