"COVID-19" siyasətindəki dəyişikliyin yeni bir əlaməti olaraq, Çin artıq simptomları olmayan hallar barədə məlumat verməyəcəyini, ancaq simptomları olan "təsdiqlənmiş" halları və ölümlərin, xəstələrin və sağalmaların sayını gündəlik olaraq elan edəcəyini açıqladı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "COVID-19" tədbirlərində yeni yanaşmanın açıqlanmasından sonra PCR testlərinin artıq məcburi olmadığı, asemptomatik halların əksəriyyətinin sınaqdan keçirilmədiyi və bunun dəqiq müəyyən edilməsini mümkünsüz etdiyi bildirilib. Digər ölkələrdən fərqli olaraq, Çin yalnız xəstəlik əlamətlərini göstərən halları "təsdiqlənmiş" hesab edərək, müsbət test nəticələri olan, lakin heç bir xəstəlik əlaməti olmayan halları ümumi nəticəyə daxil etmədən açıqlayacaq.