10 pilotsuz uçuş aparatı vurulub

14 Dekabr 2022 11:41 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında şəhər və ətraf ərazilərdə 10 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kliçko "Telegram" hesabında "Hava müdafiə qüvvələri Kiyev bölgəsində və paytaxt üzərində ümumilikdə 10 "Şahed" pilotsuz uçuş aparatını vurub" ifadəsini işlədib.

Səhər saatlarında Kliçko paytaxtın Şevçenkivski ərazisində partlayışlar olduğunu, saat 06:30 radələrində isə Kiyevdə partlayış səslərinin eşidildiyini açıqlayıb.