Ürək sağlamlığını qoruyan qidalar və ədviyyatlar

13 Dekabr 2022 21:38 (UTC+04:00)

Ürək sağlamlığını qoruyan qidalar və ədviyyatlar

Tərkibində “Omega-3” yağ turşularının çoxluq təşkil etdiyi qızılbalıq, skumbriya və ton balığı kimi balıqlar ürək sağlamlığı üçün son dərəcə faydalıdır. Balıq qanın laxtalanmasını azaldaraq ritm pozulmalarının qarşısını alır.

Xüsusilə çiyələk, böyürtkən, moruq və qaragilə kimi ürəyə faydalı meyvələr qan təzyiqini tarazlayır və damar problemlərini aradan qaldırır.

Avokado həm qidalanmada, həm də ürəyin nizamlı fəaliyyətində çox təsirlidir. Eyni zamanda, xolesterol nisbətini balanslaşdırır.

Tərkibindəki zülal və karbohidrat sayəsində bağırsaqları tənzimləyir. Yaratdığı toxluq hissilə pəhriz saxlayanlar üçün də faydalıdır.

Bir stəkan qaynadılmış qulançar orqanizmin gündəlik B vitamini ehtiyacının 66 faizini ödəyir.

Ürək-damar xəstəliklərindən qoruyur. Hər gün 1 xörək qaşığı qatıq, süd və ya şorba kimi qidalara əlavə edərək yemək daimi aclıq hissini aradan qaldırır.

Tərkibində həll olunan və həll olunmayan 2 növ lif var. Alma tərkibindəki həll olunan pektin lifləri sayəsində xolesterini aşağı salmağa kömək edir.

Pis xolesterolu azaldır.

Tərkibindəki antioksidantlar sayəsində xroniki xəstəliklərin ləngiməsinə kömək edir.

Tərkibindəki kalium sayəsində sanki bir mineral anbardır. Yüksək qan təzyiqini və pis xolesterini aşağı salır.

Kalium və fol turşusu ilə zəngin bir qaynaqdır. Çox aşağı kalorilidir. Tərəvəzlər arasında ən təbii şəkəri olan hesab edilir.

Ürək-damar xəstəliklərindən qoruyur və pis xolesterini aşağı salır, gündə 2-3 xörək qaşığı keçməmək şərtilə.

Əhəmiyyətli antioksidant olmaqla təkcə yeməklərə dad vermir, həm də təzyiqi idarə edir. Damarlarda laxtalanmanın qarşısını alaraq ürək xəstəlikləri riskini azaldır. Hər gün 1 diş sarımsaq yemək məsləhətdir.

Qan axmanın müddətini uzadır və damardaxili tıxanmaların azalmasına səbəb olur. Tərkibindəki “Omega-3” yağ turşuları yüksək antioksidan xüsusiyyətlərə malikdir.

Pis xolesterolu azaldır, yaxşı xolesterolu artırır, qanda laxtalanmanı və trigliseridlərin səviyyəsini aşağı salır. Hər gün 2-3 qoz, 8-10 çiy badam və ya fındıq yemək çox yaxşıdır.

Antioksidan xüsusiyyətlərinə görə ürək xəstəliklərinin qarşısının alınmasında təsirli olur. Qara çay və qəhvə yerinə yaşıl çay, adaçayı, çobanyastığı və şüyüd kimi bitki çayları içmək daha faydalıdır.

Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün ürək xəstəliyi riskini azaldırlar.

Bu paxla növünün gündə 25 qram müntəzəm qəbul edilməsi ürək xəstəlikləri riskini azaldır.

Bədəndəki iltihablı reaksiyaların təsirini azaltmaqla ürək-damar və ümumilikdə can sağlığına faydası var.

Antioksidant xüsusiyyətlərə malik olduqlarından damarları qoruyur və orqanizmdə iltihab reaksiyasını azaldır, həmçinin xolesterini aşağı salırlar.

Həm immunitet sistemini gücləndirir, həm həzm pozulmasının qarşısını alır, həm qanda xolesterinin səviyyəsini salır, həm də hipertoniya ilə mübarizə aparır.

Orqanizmdə iltihab reaksiyasını azaldır. Bundan əlavə, qan şəkərinin aşağı salınmasına, təzyiqin tənzimlənməsinə kömək olur və qanı seyrəltməklə damar sağlığına müsbət təsir göstərir.

Antioksidant və iltihab əleyhinə təsirə malik olduğu üçün bədənin müqavimətini artırır və damar divarlarına müsbət təsir göstərərək qan təzyiqinə nəzarəti asanlaşdırır.

Qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir. Bu yolla damarlar şəkərin zərərli təsirindən qorunur.

Antioksidant təsiri ilə damarları qoruyur, ürək ritmini və qan təzyiqini tənzimləməyə kömək edir. Bunlara əlavə olaraq, bədəndə stressi aradan qaldıran və rahatlaşdıran təsirə malikdir.

Antioksidant və iltihab əleyhinə təsirə malik olduğu üçün həm də piy hüceyrələrinin məhvini artıraraq arıqlamağı asanlaşdırır.

Xolesterin və qan şəkərini aşağı salır. Gündə 1 çay qaşığı istifadə edildikdə ürək-damar sağlamlığına faydası dəyir.

Bədənin müdafiə mexanizmini gücləndirən bu ədviyyat həm də damar divarlarını qoruyaraq yüksək təzyiqi idarə edir.