Venesuellada 8-ci dəfə keçirilən ''Festival de Cine İnfantil de Ciudad Guayana'' festivalında rejissor Əhməd Toklunun ''Pota'' filmi mükafata layiq görülüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Mövzu ilə bağlı verilən açıqlamaya görə, festivalda 36 ölkədən 116 film nümayüş etdirilib. Məlumatda vurğulanıb ki, ''Pota'' filmi "Ən yaxşı film" mükafatına layiq görülüb. ''Pota'' filmi ölkə daxilində və xaricdə keçirilən beynəlxalq festivallarda çox sayda mükafata layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən film ötən ay Belarusda keçirilən “28-ci Minsk Beynəlxalq Film Festivalı”da “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülmüşdü.
Kasıb uşaqların mübarizəsindən bəhs edən filmdə gənc aktrisa Alp Akarla yanaşı, Bahar Hacıbektaşoğlu, Sibel Melek Arat, Egemen Almacı, Mert Erdoğdu, Mehmet Halil Çelik, Samet Sevtekin, Miraç Çelen, Özgür Dereli və Burhan Yıldız rol alıblar.