“Xian-20A” və “Xian-20B” peykləri “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən buraxılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər.
Adı Çin dilində "təcrübə" mənasını verən peyk kosmik mühiti müşahidə etmək üçün orbital texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Buraxılış “Long March” raketləri ilə reallaşdırılan 454-cü uğurlu nəqliyyat missiyası olub