Azərbaycanda son sutkada 64 nəfər koronavirusa yoluxub

13 Dekabr 2022 16:33 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.