Azərbaycanda mallar gömrükdən risk sistemi əsasında buraxılacaq

13 Dekabr 2022 13:21 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi malların ölkəyə buraxılmasını risk sistemi əsasında həyata keçirəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Yəni, qərarlar fərdi qaydada deyil, risk xətləri üzrə qəbul ediləcək. Kanallar üzrə risklər müəyyən olunacaq. Hazırda buraxılış sisteminin təkmilləşdirilməsini həyata keçiriik", - o qeyd edib.