Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası ikinci gündür davam edir. Aksiya iştirakçılarının sayı durmadan artır. Bu barədə SİA-nın həmin ərazidə olan əməkdaşı məlumat verib.
O, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin general-mayoru Andrey Volkovun istefa ərizəsini yazdığı barədə məlumatların yayıldığını qeyd edib: “Andrey Volkov Baş Qərargahı aldatdığı üçün üzr istəyib.Məhz bu səbəbdən o vəzifəsini dayandıracağını bildirərək, istefa ərizəsi yazıb. Onun vəzifəsinin icra edəcək şəxs tapılana qədər də öz vəzifəsini yerinə yetirməyəcəyini iddia edib”.
Həmçinin əməkdaşımız aksiya iştirakçılarının sayının 700-800 nəfər olduğunu bildirib: “Aksiyada iştirak etmək üçün insanlar çoxlu sayda müraciətlər edirlər. Azərbaycanın bir çox bölgəsindən bura gəlmək istəyənlər var. Bu səbəbdən aksiya iştirakçılarının sayının yenə də artacağı gözlənilir”.