ABŞ-dan duz tədarükünün edilməsi ölkəmizə necə təsir edəcək?

13 Dekabr 2022 12:55 (UTC+04:00)

“ABŞ-dan Azərbaycana duz tədarükü çox kiçik həcmlə ifadə olunur”.Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu faiz çox kiçik rəqəmlərlə baş verir: “Bu səbəbdən düşünürəm ki, ABŞ-ın Azərbaycana duz tədarükünü bərpa etməsi ölkə iqtisadiyyatına ciddi şəkildə təsir etməyəcək. Ümumilikdə Azərbaycan yerli istehsal dominantlıq edir. Çox nadir sahələr var ki, yerli istehsalımız ölkə tələbatının böyük bir hissəsini ödəyir. Məhz bu səbəbdən duz tədarükünün ABŞ-dan edilməsi ciddi fərq yaratmayacaq”.