Ötən gün Yeni Yasamal 2 ərazisində saat 9 radələrində içməli su kəsilərək istifadəsiz hal alıb. Bu vəziyyət Yeni Yasamalda 2 ərazisində yaşayan sakinləri kəskin şəkildə narahat edib. Sakinlər haqlı olaraq yaşanan hadisə ilə bağlı narazıçılıqlarını bildiriblər.
Məsələ ilə əlaqədar olaraq SİA olaraq “Azərsu” Açıq Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Qurum rəsmisi bildirib ki, Yeni Yasamal 2 ərazisində qəza ilə əlaqədar olaraq içməli suyun istifadəsi məhdudlaşdırılıb: “Problemin aradan qaldırılması üçün briqada həmin əraziyə yollanıb və bununla əlaqədar olaraq tədbir görülür. Prosesin uzun çəkəcəyini zənn etmirəm. Qısa zamanda içməli suyun istifadəsi bərpa olacaq”.
Hazırda həmin ərazidə yaşayan sakinlərdən aldığımız məlumata əsasən içməli suyun bərpası təmin olunaraq, problem həll olunub.