Tibb bacıları ölkədə hiddətə səbəb olub

13 Dekabr 2022 11:09 (UTC+04:00)

ABŞ-ın Emori Universitetinə bağlı xəstəxananın doğum şöbəsində çalışan tibb bacıları ölkədə hiddətə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Tiktok"da başlayan “ick”, “iyrənc şeylər” hərəkatına qatılan 4 tibb bacısı uşaq dünyaya gətirən anaları və onların yaxınlarını ələ salıb. Tibb bacıları, doğumdan əvvəl ac qalan, normal doğuş üçün ağrı keçirən, bel ətrafını uyuşdurmaqdan imtina edən, körpələrinin nə qədər çəkisi olduğunu soruşan analardan iyrəndiklərini söyləyib. Doğuş zamanı və doğuşdan sonra onlara olan ehtiyaca qarşı duyarsızlıqları narahatlıq yaradıb. Lakin qısa müddət ərzində videoya çoxlu şərhlər gəlib. Həmin xəstəxanada uşaq dünyaya gətirən qadınların çoxu tibb bacılarının bu hərəkətlərindən necə əziyyət çəkdiklərini danışırdılar. Bunun üzərinə xəstəxana rəhbərliyi tibb bacılarının işdən çıxarıldığını açıqlayıb. Amma xəstəxananın doğum şöbəsi nəzarət altındadır. Çünki onun tabe olduğu Corciya ştatı ölkədəki 50 ştat arasında ən yüksək ana ölüm göstəricisinə malikdir. Hər 100 000 doğuşa görə ştatda 46 ana ölür. Bu ölümlərdə xəstəxana baxımına etinasızlığın olub-olmadığı araşdırılır.