Rizvan Hüseynov: “Azərbaycan Mokvadan göndərilən kinder-sürpriz Vardanyanla müzakirə aparmağa hazırlaşmırdı”
“Əvvəlcədən məlum idi ki, “qaçaq” dələduz-biznesmen Ruben Vardanyanın Qarabağda, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə leqallaşdırılması regionda ekskalasiya situasiyanına gətirib-çıxaracaq. Azərbaycan tərəfi dəfələrlə bu barədə müxtəlif səviyyələrdə bəyan edib. Azərbaycan Mokvadan göndərilən kinder-sürpriz Vardanyanla müzakirə aparmağa hazırlaşmırdı”.
.jpg)
“RSK-nın məsul olduğu ərazilərdə Azərbaycanın təbii sərvətlərini talan etmək üçün Vardanyanın iştirakı ilə RSK-nın komandanı Volkov arasında biznes-sindikat formalaşdırıldı”
SİA xəbər verir ki, bu kimi maraqlı qənaətə Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynov gəlib. O, öz analitik şərhində qeyd edib ki, cəmi bir neçə ay keçməmiş (Ruben Vardanyanın Qarabağa göndərilməsi nəzərdə tutulur-R.R.) RSK-nın məsul olduğu ərazilərdə Azərbaycanın təbii sərvətlərini talan etmək üçün Vardanyanın iştirakı ilə RSK-nın komandanı Volkov arasında biznes-sindikat formalaşdırıldı. SİTAT: “Nəticədə RSK Vardanyanın maraqlarına xidmət göstərməyə başladı və yavaş-yavaş 020-ci ilin 10 noyabr tarixindən sonra missiyasının nəyə təhkim olunduğunu da unutdu. Bunun səbəbidir ki, RSK “Volkov-Vardanyan “ÇVK”sına çevrildi”.
Politoloqun sözlərinə görə, buradakı hədəf Qarabağ ermənilərinin, eləcə də “uluların və müqəddəslərin qədim sarsaxı (qondarma “artsax” adına tənə ilə yanaşılıb -R.R.) adlı mantralarının “müdafiəsi” adı altında öz biznes maraqlarını təmin etmək məqsədini daşıyır.
“Volkov və onun zabitləri əldəqayırma “sarsax” tutovkasını içməyə son qoymalı və ayıq başla düşünməlidirlər ki, nəyə ilişiblər”
“Bütün bunların nəticəsi olaraq “Volkov-Vardanyan ÇVK”sı onların özləri üçün kədərli nəticələnəcək”, deyə qeyd edən Rizvan Hüseynov hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən təxribatın, istənilən situasiyanın inkişafının Azərbaycan tərəfindən hesablandığını bildirib. SİTAT: “Ona görə də Volkov və onun zabitləri əldəqayırma “sarsax” tutovkasını (tut arağı-R.R.) içməyə son qoymalı və ayıq başla düşünməlidirlər ki, nəyə ilişiblər. Volkovla Vardanyanın səmimi münasibətləri ağır “poxmellə” nəticələnəcək”.