"İran bu saat anlaşılmaz bir işlə məşğuldur. Heç bir zaman biz İranı özümüzə düşmən hesab etməmişik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra İran zaman-zaman təxribatlarla məşqul olub. Amma nə Ulu Öndər Heydər Əliyevin dövründə, nə də cənab Prezident İlham Əliyev bu məsələləri heç zaman açıb ağartmayıb. Amma son hadisələrdən sonra cənab Prezident öz çıxışlarında ölkəmizin mövqeyini acıb ortaya qoyduqdan sonra İrana sərt cavablarını verdi. Ondan sonra Azərbaycana qarşı İranda molla rejiminin hegemoniyasının ardı-arası kəsilmir. İndi də absurd bir şayiə ortaya atıblar. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçirilməlidir. Bu görüşdə əsas məsələ türkmən qazının Azərbaycan üzərindən Avropaya çıxarılmasıdır. Burada da mollaların ağılsız olduğunu bir daha gördük və sübut olunmağa ehtiyac yoxdu. İran olmayan bir şey haqqında elə danışır ki, guya İranın şimalından bu xətt çəkilsə, qaz Avropaya necə gedəcəkdi? İran bunu başa düşmür ki, Avropaya çıxış üçün ya Türkiyə, ya da Azərbaycan üzərindən çıxmalıdır. İndi də bu məsələlərdə bizi ittiham edirlər. Öz aləmlərində guya böyük bir kəşf edirlər ki, Bakı respublikası yaradırlar. Bilirsiniz, bu, mənə 1990-cı illərin müxalifətinin o küçə terminlərini xatırladır. Yəni İran 43 ildi guya inqilab edir. Lakin bu 43 il ərzində heç 43 sm belə siyasi cəhətdən irəliləməyiblər. Yenə səviyyəsiz, bozbaş mollaların səviyyəsində danışıqlar aparırlar. Amma bütün hallarda İranı bir müsəlman dövləti kimi Azərbaycana qarşı tutduğu mövqe nə müsəlmaçılığa, nə şəriyyət qaydalarına yarayır. Doğrudan da, bunlar ağıllarını itiriblər. İranda camaat qalxıb haqqını tələb edir. Bunlar da camaatı asırlar, sonra da deyirlər ki, bunlar Allaha qarşı üsyan ediblər deyə biz də cəzalandırırq. Başa düşmürük, İran bəyəm Allahdır ki? Hələ bunlar dərk edə bilmir ki, allahı heç kəs görə bilməyib və İranla da allahın müqaviləsi yoxdu ki, onun vəkili olsun. Bunlar pulsuz vəkillik edirlər də o zaman. Bu, savadsızlıqdan doğan bir şeydir. Azərbaycanı hər şeydə ittiham edirlər. Onda biz də belə deyək də, 50 milyonluq azərbaycanlı orada qala-qala sən gedib 2 milyonluq ermənilərin qucağına qaçırsız, bu, sizin fikrinizcə düzgündürmü? Biz onda sizi niyə sevməliyik. Onların Azərbaycana və onun Prezidentinə qarşı tutduğunuz mövqe xəyanətkarlıqdan başqa bir şey deyil. Bu da İranın daha bir rəzilliyini göstərir. Bunlar elə fikirləşirlər ki, bu yolla nəyəsə nail olacaqlar. Amma tam əksinə onlar heç nəyə nail ola bilməyəcəklər".