Şri-Lankada "Mandous" qasırğası ölkədə həyatı dayandırıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Şri Lanka Fəlakət İdarəetmə Mərkəzi (DMC) tərəfindən edilən açıqlamada, qasırğanın yaratdığı əlverişsiz hava şəraitindən təxminən 21 nəfərin zərər çəkdiyi bildirilib. Ən azı 3 nəfərin həyatını itirdiyi, 19 nəfərin yaralandığı ada ölkəsi Şri-Lankada 5639 binaya da ziyan dəyib. DMC-nin vitse-prezidenti Pradeep Kodippili, zərərin qiymətləndirilməsi işlərinin başladığını və bütün zərərlərin ödəniləcəyini bildirib. DMC qasırğanın təsirini itirməyə başladığını, lakin ölkə olaraq tədbirlərin davam etdirilməli olduğunu vurğulayıb.