"Heydər Əliyevin tariximizdə özünə məxsus yeri var" -DEPUTAT AYDINLIQ GƏTİRDİ

12 Dekabr 2022 13:39 (UTC+04:00)

"Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin tariximizdə özünəməxsus yeri var". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyev həm birinci rəhbərliyi dövründə, həm də ikinci rəhbərliyi dövründə Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Biz Sovet dövrünə baxdıqda görürük ki, Azərbaycan daha çox aqrar ölkə idi və aqrar ölkə kimi tanınırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə rəhbərliyə gəldikdən sonra Azərbaycanda çox ciddi layihələrin icrasına başlanıldı. Azərbaycanda yüzlərlə məktəblər inşa edildi. Ali məktəbləri sayı sürətlə artmağa başladı. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Heydər Əliyevin rəhbərliyi dövründə 15 mindən artıq azərbaycanlı gənc keçmiş sovet məkanının yüzlərlə universitetinə təhsil almaq üçün göndərildi. Həmin insanlar Azərbaycana qayıdaraq, bu gün Azərbaycanın müxtəlif qurumlarında uğurla fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda həmin dövrdə Bakıda yeni zavodlar və fabriklər inşa olundu. Azərbaycan bu dövrdə yeni bir mərhələyə qədəm qoydu. Ölkəmiz Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrildi".

Deputat fikirlərinə davam edərək bildirdi ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra da Azərbaycan xalqını böyük bəlalardan xilas etdi. "1990-cı illərin əvvələrini yaxşı xatırlasaq görürük ki, Azərbaycanda çox ciddi prosseslər gedirdi, hətta ölkəmiz vətəndaş müharibəsinə doğru sürətlə irəliləyirdi. Azərbaycan da sabitlik tam pozulmuşdu. Biz həm də həmin dövrdə insanların hətta qida cəhətdəndə əziyyət çəkdiyini görürdük. Ermənistan isə torpaqlarımızı işğal edirdi, ard-arda rayonlarımız əlimizdən çıxırdı. Bu prosseslərin hamısının qarşısını Ulu Öndər Heydər Əliyev aldı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının taleyi dəyişdi. Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi xalqın taleyi necə olardı? Bunu heç düşünmək belə istəməzdik. Həqiqətən də bu sual çox düşündürücüdür. Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmalardan xilas etdi. Ermənistanın işğalının qarşısını aldı, ilkin olaraq atəşkəs haqqında saziş imzaladı. Həmin dövrdə bu atəşkəs çox vacib idi xalqımız üçün. Azərbaycan daha sonra yeni inkişaf mərhələsinə qədəm qoydu, yeni neft müqavilələri imzalandı, iqtisadiyyatımız inkişafa doğru irəliləyirdi. Bununda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də, Prezident İlham Əliyev kimi böyük bir şəxsiyyəti yetişdirməsidir. Bu gün Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev kimi çox böyük uzaq görənliklə müdrikliklə davam etdirilir. Biz həmin bu siyasət nəticəsində məğlub olan xalqdan, qalib olan xalqa çevrildik. İşğal olunmuş torpaqlarımız azad olundu, bu gün Azərbaycan xalqı dünyanın 50 böyük güclü ordusundan birinə çevrildi. Bir daha Ulu Öndərimizi ehtiramla yad edirik, Allahdan ona rəhmət diləyirik. Xalqımız Heydər Əliyevi hər zaman qəlblərində yaşadacaqlar".