Türkiyə neft tankerlərini boğazlardan buraxmağa başladı

12 Dekabr 2022 01:04 (UTC+04:00)

Türkiyənin Nəqliyyat Nazirliyi bazar günü bildirib ki, təxminən 475 min ton neft daşıyan dörd xarici neft tankeri lazımi sığorta sənədlərini təqdim edib. SİA TASS-a istinadən xəbər verir ki, Nazirliyin Dəniz İşləri Baş İdarəsi “Twitter”də bəyan edib ki, onların dekabrın 12-də Qara dənizdən Bosfor boğazına daxil olacaqları gözlənilir.

Açıqlamada qeyd olunur ki, dekabrın 1-dən Türkiyə xam neft tankerlərinin boğazlardan keçməsi üçün əlavə sığorta tələbləri tətbiq etdikdən sonra 24 gəmidən 8-i bu tələbi yerinə yetirərək, Qara dənizdən Bosfor boğazına keçidi başa çatdırıb.

“12 tanker hələ də lazımi sənədləri təqdim etməyib. Mərmərə dənizində 4 tanker sənədlərini təqdim edərək Egey dənizinə daxil olub”, - məlumatda bildirilib.