Namiq Mənanın oğlunun beynində şiş aşkarlanıbmış

11 Dekabr 2022 02:44 (UTC+04:00)

Meyxanaçı Namiq Məna oğlu Mənanın bir ay əvvəl əməliyyat olunduğunu açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə "Xəzər axşamı” proqramında qonaq olarkən danışıb.

"Bir ay əvvəl stress keçirdim, Məna əməliyyat olundu. MRT etdirdik, gördük ki, başında problem var. Xoş xassəli meningioma (xoş xassəli baş beyin şişi) aşkarlandı. İndi yaxşıdır. Deyildi ki, telefon və kompüterlə çox oynamaqdan, radiasiyadan əmələ gəlib”.