Afrika ölkəsi Ukraynaya hərbi yardım verəcək

10 Dekabr 2022 23:17 (UTC+04:00)

Mərakeş Ukraynaya hərbi yardım göstərən ilk Afrika ölkəsi olacaq. SİA xəbər verir ki, bu barədə Fransanın “Le journal de l” qəzeti yazıb.

Qeyd olunub ki, Mərakeş Ukraynaya T-72 tanklarının ehtiyat hissələrini vermək niyyətindədir. Beləliklə, Mərakeş Kiyevi silahla dəstəkləyən Afrika ölkələrindən birincisi olacaq.

Həmçinin bildirilib ki, ABŞ-ın tövsiyəsi ilə Ukraynaya tanklar üçün ehtiyat hissələri Kiyevə göndəriləcək.