5 terrorçu zərərsizləşdirildi

10 Dekabr 2022 23:15 (UTC+04:00)

Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı növbəti dəfə əməliyyat keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Zeytin dalı" və "Barış Pınarı" bölgələrində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

"Tək məqsədi olduqları bölgədə qan tökmək olan terrorçuları layiq olduqları şəkildə cəzalandırmağa davam edirik", - deyə nazirlik qeyd edib.