Binada şiddətli partlayış baş verib

10 Dekabr 2022 17:36 (UTC+04:00)

İngiltərənin cənubundakı Cersi adasının paytaxtı Sent Helierdə bir binada şiddətli partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, partlayışdan sonra binanın uçduğu,1 nəfərin öldüyü, 10-dan çox adamın itkin düşdüyü açıqlanıb.
Partlayışdan sonra başlayan yanğın söndürülərkən, axtarış işlərinin davam etdiyi bildirilib. İnsanlar ərazidən uzaq durmağa çağırılıb.

Partlayışın səbəbi hələlik məlum deyil.