Bolqarıstan Ukraynaya yardım edəcək

10 Dekabr 2022 17:19 (UTC+04:00)

Bolqarıstan parlamenti Ukraynaya ilk hərbi yardım paketini müzakirə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silah göndərilməsi təklifi 240 yerlik Milli Məclisdə 148 səslə qəbul edilib, əleyhinə 46 səs, 1 nəfər isə bitərəf qalıb.

Bolqarıstan hökuməti Ukraynaya göndəriləcək silahların siyahısını gizli saxlasa da, Bolqarıstan rəsmiləri onların daha çox atıcı silah və sursatdan ibarət olacağını bildirib.