Ukrayna Prezidenti Volodimir Zelenski müharibə nəticəsində Donetsk cəbhəsindəki Baxmut şəhərinin demək olar ki, tamamilə məhv edildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna lideri bu barədə teleqram kanalında paylaşım edib.
Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların Donetsk cəbhəsində davam etdiyini qeyd edib.
Zelenski Donbas, Baxmut, Soledar, Maryinka və Kreminada vəziyyətin çox ağır olduğunu qeyd edib.
Ukrayna Prezidenti deyib: ''Artıq uzun müddətdir ki, bu ərazilərdə atəşin və mərmilərin zərər vermədiyi yer qalmayıb. İşğalçılar Baxmut şəhərini tamamilə məhv edərək, onu yandırılmış əraziyə çevirdilər”.