Google sosial media qanununda edilən dəyişikliyə uyğun olaraq Pakistanda məhdud məsuliyyətli şirkət qurdu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçən il sosial media platformalarının Pakistanda ofis açmasını tələb edən qanun dəyişikliyindən sonra Google-un Pakistanda məhdud şirkət qurduğu açıqlanıb.
İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Seyid Eminül Hak, Google-dan sonra müxtəlif sosial media platformalarının Pakistanda ofis açacağını və TikTok-un tezliklə ofis quracağını açıqladı. Keçən il Pakistanda edilən qanun dəyişikliyinin bir hissəsi olaraq, sosial media şirkətlərindən ölkədə ofislər açması tələb olundu.