“Kişinin çox yaraşıqlı olmasını sevmirəm”

10 Dekabr 2022 11:21 (UTC+04:00)

Türkiyənin məşhur simasi Hülya Avşar yeni mahnısının klip çəkilişlərini şəxsən özü idarə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, klipdə yer alan kişini Hülya Avşar yolda gedərkən görüb və ona klipdə oynamasınl təklif edib: “Klipdə oynaması üçün çox kişi axtardıq, amma hamısı həddindən artıq yaraşıqlı idi. Mən isə kişinin çox yaraşıqlı olmasını sevmirəm. Bu şəxsi isə yolda gedərkən gördüm və xarizmatikliyi məni cəlb etdi”.