Niderland Argentina ilə oyunda hesabı bərabərləşdirib

10 Dekabr 2022 01:04 (UTC+04:00)

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 4-cü qol vurulub. SİA-nın məlumatına görə, 90+11-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib - 2:2.