Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i artıq başlayıb. Turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bugünkü oyunun qalibləri yarımfinalda bir-biri ilə qarşılaşacaqlar.
9 dekabr
DÇ-2022
1/4 final mərhələsi
19:00. Xorvatiya - Braziliya - 0:0 (İkinci hissə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Edyukeyşn Siti" stadionu
23:00. Niderland - Argentina
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Lusail" stadionu
10 dekabr
19:00. Mərakeş - Portuqaliya
23:00. İngiltərə - Fransa