46 avtomobil markası Rusiyanı tərk etdi, amma Çin qaldı

9 Dekabr 2022 19:45 (UTC+04:00)

Ukraynada müharibə başlayandan bəri 60 avtomobil markasından 46-sı Rusiya bazarını tərk edib. Qalanlar arasında üç nəfəri ruslar, o birilər çinlilərdir.

SİA-nın əldə etdiyi məlumata görə, rus saytları bu barədə Avtomobil Dilerləri Assosiasiyasının məktubuna istinadən yazırlar.

Məktubda deyilir ki, Rusiya avtomobil bazarının artıq 78 faizi Çinindir. Rusiyanın Ukraynanı işğalından sonra demək olar ki, bütün Avropa, Amerika və Koreya brendləri Rusiyaya avtomobil tədarükünü dayandırıb. Buna cavab olaraq, Sənaye və Ticarət Nazirliyi onların paralel idxalına, yəni müəllif hüquqları sahibinin icazəsi olmadan ölkəyə idxalına icazə verib. Bu cür tədbirlərə baxmayaraq, Rusiya avtomobil bazarında qıtlıq yaşanır və 2023-cü ildə bu, davam edəcək. Qeyd edək ki, bunu dilerlər proqnozlaşdırırlar.

Bu arada Avropa Biznes Assosiasiyasının məlumatına görə, noyabrda Rusiyada 46,4 min yeni avtomobil satılıb ki, bu da bir il əvvəlkindən 61 faiz azdır. Mütəxəssislər səbəblər arasında komponentlərin çatışmazlığını və tələbin aşağı düşməsini, o cümlədən yüksək qiymətləri qeyd edirlər.

Assosiasiyanın hesablamalarına görə, noyabr ayında satılan avtomobillərin üçdə birindən çoxunu Çin markaları təşkil edir. Yanvar ayı ilə müqayisədə onların sayı təxminən iki dəfə artıb.

Ağasəf Babayev