Ödəniş terminalların həyatımızdakı rolu nədir? - ARAŞDIRMA

9 Dekabr 2022 19:44 (UTC+04:00)

Ödəniş terminalları beynəlxalq ödəniş sistemlərinin kartlarından istifadə etməklə ticarətdə ödənişləri qəbul etmək üçün xüsusi hazırlanmış təhlükəsiz aparat sistemləridir. Alış prosesinin sadələşdirilməsi və standartlaşdırılması da daxil olmaqla bir çox problemləri həll edir, nağd puldan qurtulmağa imkan verir və müştərinin ödəmə qabiliyyətini dərhal yoxlamağa imkan verir.

Terminallar əsasən Çində layihələndirilir və istehsal edilir.

Bəs elektron ödənişlərlərin üstün cəhətləri nədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Elektron ödənişlər əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərində saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir.

Bütün bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Büdcəyə toplanan vəsaitlər isə əhalinin sosial rifahına yönəldilir.

Qazanılan etibar və əldə olunan uğurlarla kifayətlənməyən bir çox şirkətlər bu gün də hər ödəmədən sonra istifadəçi məmnunluğu yaratmaq istiqamətində tədbirlər həyata keçirir. Son illərdə təkcə terminalların sayının artırılması deyil, həm xidmət sahələrinin çoxaldılması, həm də göstərilən xidmət səviyyəsinin maksimum dərəcədə yüksəldilməsinə çalışan şirkət bununla bağlı qarşısına konkret hədəflər qoyur və bu hədəflərə doğru inamla irəliləməkdədir. Hesablamalara görə bütün bu faktorlar ödəniş terminallarına etdiyimiz investisiyaların özünü doğrultması üçün kifayət edəcək qədər müddət təmin edir. Həmçinin, şirkətlər yalnız hazırki bazar şərtlərini dəyərləndirməklə qalmır, eyni zamanda gələcək tendensiyalara uyğun layihələr üzərində də işləyirlər.

Ən sürət və keyfiyyət baxımından üstün cəhətləri ilə fərqlənən ödəniş aparatlardan biri "eManat"dır.

Ölkə daxili statistikaya görə “eManat” ödəniş kiosklarından istifadə sayı kifayət qədər yüksəkdir və günü-gündən artmaqda davam edir.

PR və Marketinq üzrə aparıcı mütəxəssis Ayşən Həsənova:"2013-cü ilin martın 5-də "eManat" brendi Azərbaycan ödəniş bazarına daxil olmuşdur.

"e-Manat" Ödəniş sistemlərin üstün cəhətlərindən biri, ödənişin dərhal qəbulu və terminal sayının çox olmasıdır. Həmçinin sadə, rahat interfeys və sürətlə etibarlı xidmətin göstərilməsidir. "e-Manat" terminallarında 50+ bank xidməti mövcuddur. Müştərilər eyni zamanda həm kart balansını artıra, kredit ödənişi ödəyə, həm də kart sifariş belə edə bilərlər.

Gələcəkdə müştərilərimizə daha çox dəyər qatmaq, onlara daha da yaxın olmaq üçün terminallarımızın sayını ucqar rayonlarda artırmaq, həmçinin müştərilırimizin işini asanlaşdırmaq üçün tələbat olan xidmətləri aktivləşdirmək və yeniliklər etməyi planlaşdırırıq".

Havar Şəfiyeva