Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı təmin olunur - TƏHLİL

9 Dekabr 2022 19:14 (UTC+04:00)

Demokratiyanın mövcudluğunun əsas şərtlərindən olan insan hüquq və azadlıqlarının müdafiəsinə, fikir, söz və məlumat azadlığının təmin edilməsinə Azərbaycanda xüsusi diqqət yetirilir. Ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ön planda durur və təsadüfi deyil ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.

Cəmiyyətin güzgüsü media hesab olunur, çünki dövrün gerçəklərini, həqiqətlərini özündə əkd etdirir. Qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr, bir sözlə, Kütləvi İnformasiya Vasitələri cəmiyyətin güzgüsü olmaqla, həmin cəmiyyətin mövcud vəziyyətini, mahiyyətini göstərir. Buna görə də fikir, söz, məlumat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilir, plüralizmin inkişafı üçün bütün imkanlar səfərbər edilir, hansıki bunu təkzib etmək mümkün deyil, çünki inkişaf, dinamika göz önündədir.

Ölkəmizdə mətbuat azadlığı, fikir, söz, məlumat azadlığı var, bunu hər kəs görür. Hər kəs görür ki, vətəndaşlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər, azad şəkildə məlumat ala bilirlər və azad mətbuatın varlığına mane olacaq heç nə yoxdur. Əksinə, dövlətimiz mətbuatın azadlığı üçün lazım olan hər cür şəraiti yaradıb və belə bir şəraitin yaradılması bu gün də davam etdirilir. Vətəndaşlarımız şahiddirlər ki, mətbuatın azadlığı üçün ölkəmizdə yetərincə işlər görülür, şərait yaradılır və ona görə də əmindirlər ki, gələcəkdə fikir, söz, məlumat azadlığı indikindən də daha üstün səviyyədə olacaq.

Nəzərə almaq lazımdır ki, fikir, söz, məlumat azadlığı hüquqi dövlətin parametrlərindəndir və həmin cəmiyyətin inkişafına öz tövhələrini verməkdədir. Söz, fikir azadlığı ideyaların səsləndirilməsinə və tətbiqinə imkan verirsə, şərait yaradırsa, deməli həmin cəmiyyət inkişaf edəndir. Yəni, azad söz cəmiyyətdə yeni fikir, yeni yanaşma, inkişaf və proqresə öz tövhəsini verməkdədir və bu mənada da müsbət dinamikanı təmin edən əsas amillərdən hesab olunur. Elə buna görə də fikir, söz, məlumat azadlığına, eləcə də plüralizmin günü-gündən inkişafına ölkəmizdə xüsusi həssaslıqla yanaşılır. Müstəqilliyini ötən əsrin sonlarında yenidən bərpa edən Azərbaycanda məhs fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi üçün son 30 il ərzində kifayət qədər əsaslı addımlar atılıb və bu istiqamətdə dünya standartlarına, beynəlxalq normalara uyğun qanunların qəbul edilməsi heç də təsadüfi hesab olunmur.

Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Bütün bunların təminatı üçün isə ilk növbədə əlbəttə ki, həmin sahəni tənzimləyən qanunların olması və dövlət tərəfindən qorunması gərəkir, hansıki ölkəmizdə bu sahədə ilkin təminat məhz konstituasiyamıza əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib, institusional mexanizmlər də, bu istiqamətdə inkişafa təkan verən qurumlar belə formalaşdırılıb və bu baxımdan gələcək üçün də nikbin proqnozlara məntiqi əsas var. Nəzərə almaq lazımdır ki, hal-hazırda Azərbaycan vətəndaşlarının internetə sərbəst giriş imkanlarının, sosial şəbəkədən istifadə imkanlarının olmasına görə fikir və söz azadlıqlarına heç bir maneə ola bilməz. Bu istiqamətdə beynəlxalq standartlara uyğun normativ hüquqi bazanın olması, həmçinin azad fikir, söz imkanlarının genişliyinə, heç bir maneənin olmaması səbəbindən Azərbaycan söz, fikir, məlumat azadlığının təmantında lider dövlətlərdən hesab olunur.

Diqqərə çatdırmaq yerinə düşərdi ki, fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır, bununla da vahid mövqedən çıxış edilməsinə əsaslı zəmin yaradır. Əlbəttə ki, son dövrlər ölkə mediasının milli maraqlar kontekstində vahid mövqe sərgiləməsi də, dövlətin mənafeyi naminə birlik nümayiş etdirməsi də təsadüfi deyil. Əvvəla, qeyd olunduğu kimi, ölkəmizdə təmin olunan fikir, söz, eləcə də məlumat azadlığı buna əsaslı zəmin yaradıb. Digər tərəfdən də dövlətimizin milli maraqları üstün tutması medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsinə səbəb oldu. Biz mediamızın belə bir vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə zamanı da, qələbə çaldıqdan, Zəfər əldə edikdən sonra, post-münaqişə dövründə də müşahidə etdik və ən sevindirici də elə məhz budur. Çünki bu, arzuolunan mühit və imkanların ölkəmizdə, cəmiyyətimizdə olmasından xəbər verir. Ondan xəbər verir ki, səmərəli idarəetmənin və informasiya açıqlığının mühüm vasitəsi hesab edilən dördüncü hakimiyyət, media üçün ölkəmizdə münbit şərait mövcuddur və Azərbaycanda söz, fikir, məlumat azadlığı tam şəkildə təmin olunur.

Təbii ki, söz, fikir və məlumat azadlığı olmadan plüralizmdən də danışmağa dəyməz. Məhz bu azadlıqlar plüralizmin inkişafına zəmin yaradır. Əvvəla qeyd edək ki, ölkəmizdə siyasi plüralizmin inkişafı göz önündədir və bunu təkzib etmək olmaz. Hazırda ölkəmizdə çox sayda partiyaların olması bunu təsdiq edir. Elə plüralizmin mühüm elementi olan çoxpartiyalılıq sisteminin inkişaf etməsi, möhkəmlənməsi özü də söz, fikir azadlığı baxımından ölkəmizin tərəqqiyə nail olmasından xəbər verir. Bütün dünya görür və şahididir ki, Azərbaycanda çoxlu sayda partiya var və bu partiyalara nəinki maneə yoxdur, hətta dövlət dəstəyi belə göstərilir. Üstəlik, siyasi partiyalar haqqında qanunvericilik də var və hətta mütəmadi şəkildə yenilənir də. Bu ilin, 2022-ci ilin oktyabr ayında Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələrinin iştirak etməsi, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddənin dəyişməsi, siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və digər məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməsi demokratik cəmiyyət üçün xarakterik, xas olan plüralizmin ölkəmizdə olduğunu və inkişafını təsdiq edir. Təbii ki, müzakirələrdə səslənən fikirlər, hətta iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı yeni qanun layihəsinin hazırlanmasına öz töhfəsini verəcək və deməli, Azərbaycanda plüralizmin, söz, fikir, məlumat azadlıqlarının bundan sonra da inkişafı barədə nikbin proqnozlar verməkdə hər kəs haqlıdır. Ona görə ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı təmin olunur.

Müəllif: İnam Hacıyev

6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.