Volodimir Zelenski Türkiyəyə və Ərdoğana təşəkkür edib

9 Dekabr 2022 17:37 (UTC+04:00)

"Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində göstərdikləri köməyə görə çox minnətdaram".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda keçirilən "TRT World Forum 2022"-də onlayn formatda etdiyi çıxışda deyib.

V.Zelenski müxtəlif ölkələrin ərzaq böhranını hiss etdiyini və diplomatiya sayəsində Ukraynanın Qara dənizdəki üç limanından ərzaq ixrac edə bildiklərini bildirib.

Zelenski iyul ayında imzalanan taxıl sazişindən bu yana 40 ölkəyə 13 milyon tondan çox kənd təsərrüfatı məhsulu tədarük etdiklərini qeyd edib:

“Ukrayna-Türkiye-Birləşmiş Millətlər Təşkilatının birgə səyləri ilə aclıq təhlükəsini dayandırırıq”.

Ərzaq böhranının ölkəsinin sülh düsturunun bir ünsürü olduğunu deyən Zelenski Türkiyenin də bu məsələdə liderliyinin olduğunu bildirib.

Ölkələsinin taxıl təşəbbüsü dəstəklənərsə, yoxsul ölkələrə kömək edə biləcəklərini deyən Zelenski 80-dən çox gəminin gözlədiyini bildirərək bunun, yüz minlərlə insanın süfrələrində qida çatışmazlığı anlamına gəldiyini bildirib.

Zelenski Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə kömək etdiklərini və buna görə çox minnətdar olduqlarını dilə gətirib.

Ukraynanın sülh formulu ilə bağlı Zelenski nüvə və enerji təhlükəsizliyinin təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, Rusiyanın raket terroruna son qoyulması və əsirlərin azad edilməsinin vacibliyinə diqqət çəkib.