Brazilya - Xarvatiya, Argentina -Hollandiya matçı səbirsizliklə gözlənilir FİFA-2022

9 Dekabr 2022 17:21 (UTC+04:00)

Dünya çempionatının ilk 1/4 finalında son dünya çempionatının finalçısı Xorvatiya və 6-cı çempionluğa can atan Braziliya yığmaları qarşılaşacaq. SİA xəbər verir ki, Argentina Hollandiyanı keçərsə, futbolsevərləri Cənubi Amerika komandalarının mübarizə aparacağı yarımfinal matçı gözləyir.

Üç həftə davam edən maraqlı yarışdan sonra 32 ölkənin iştirak etdiyi turnirdə yalnız səkkiz komanda ayaqda qaldı. Beşqat çempion Braziliya 1/4 finalda 2018-ci ilin sürpriz ikincisi Xorvatiya ilə qarşılaşacaq.