Pozalar verən sənətçinin yeni fotoları yayılıb - FOTOLAR

9 Dekabr 2022 17:17 (UTC+04:00)

Rusiyada “Eterna” serialı ilə ulduzu parıldayan azərbaycanlı aktyor Anar Xəlilov “Grazia” jurnalının siması olmuşdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aleksey Kolpakovun obyektivinə pozalar verən sənətçinin yeni fotoları yayılıb.

Qeyd edək ki, A. Xəlilov ilk dəfə bir nəşrin üz qabığında yer alıb. O, indiyədək “Mənimlə rəqs et”, “İçərişəhər”, “Başqa mən”, “Gənclik səhvləri”, “Yuroçka” və s. filmlərdə rol alıb.