Makron adlı kərtənkələ - RAKURS

9 Dekabr 2022 17:10 (UTC+04:00)

Yaxud İŞİD və PKK/YPG terror təşkilatı ilə işbirliyində olan dövlət rəsmisinin adı nə?

Fransanın indiki prezidenti Emmanuel Makronun yaxın keçmişi barədə məlumatlar dolaşır. O məlumatlar ki, bunlar Fransa prezidentinin onsuz da olmayan nüfuzuna ağır zərbə vurur və bundan sonra da vurmaqda davam edəcək. Söhbət Makronun prezident seçilməmişdən əvvəl, hələ maliyyə nasiri postunu tutduğu vaxt Suriyadakı İŞİD və PKK/YPG terror təşkilatları ilə işbirliyində olmasından gedir. Bu, əlbəttə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın nüfuzunu öldürəcək. Terrorçularla əlaqələri dünyanın tanınmış media agentlikləri də araşdırır. Hələlik əldə olunan faktlar da kifayət edir ki, rəsmi Parisin dünya 5-indən biri olmasına son qoyulsun. Əslində, bu, yeni xəbər də deyil. Amma nə qədər ki, Makron kimi kərtənkələlərin dərsi verilməyib, bu mövzu bitmiş deyil, daim aktual olaraq qalacaq.

Makron bu gün də Fransanın nüfuzunu xərcləməkdədir. Bu dəfə də Qarabağdakı separatçıları dəstəkləyir, yaxud da erməni terrorçularına qucaq açır, onları bəsləyir, ölkəsində onlara geniş imkanlar yaradır, etirazlara, rəsmi notalara baxmayaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin altında imzasının olmasına baxmayaraq suverenliyimizin Ermənistan tərəfindən pozulmasına göz yumur, eyni zamanda onların təxribatçı əməllərinə şərik olur. Azərbaycanın haqlı davasında – 44 günlük Vətən müharibəsində qalib gəlməyimizi sığdıra bilmir. Əlahəzrət faktlar da bunu deyir.

Fransa paytaxtının meri Ann Hidalqo Qarabağda sülhməramlıların qanadı altına sığınaraq Azərbaycanın ədalət məhkəməsindən hələ də gizlənməyi “bacaran” Arayik Arutyunyanı əmin edib ki, Paris həmişə “Artsax”ın və onun “xalqının” yanında olacaq, onların öz müqəddəratını təyin etmək və dinc yaşamaq hüquqlarını qoruyacaq. Bu, açıq şəkildə suveren ölkənin - Azərbaycanın daxili işlərinə kobud şəkildə burnunu soxmaq və başqa ölkənin ərazi bütövlüyünü şübhə altına almaqdır ki, bunu da cəzası ağır olur.

Görüşdə daha nələr yaşanıb? Parisin meri “Artsax və Fransa arasında əlaqələrin inkişafı, Azərbaycan-Qarabağ münaqişəsinin həlli” məsələlərini də müzakirə edib. Arutyunyan da tənbəllik etməyərək “Azərbaycan tərəfinin nəzarətində olan ərazilərdə erməni mənəvi və mədəni irsinin qorunmasına yönəlmiş səyləri” bundan sonar da Fransanın davam etməsini xahiş edib. Arutyunyan əlinə düşən bu fürsətdə maksimum yararlanmaq üçün az qala diz çöküb, vaxtın azlığından şikayət edib, sülhməramlıların tezliklə bu əraziləri tərk edəcəyini xatırladıb və əlac edilməsə “Artsax”ı itirəcəklərini deyib.

Əlbəttə, bizə Arutyunyanın nə dediyi, hansı mövzuda çıxış etməsi maraqlı deyil, bizə Fransanın qanunsuz əməlləri, separatçılara dəstəyi, dünya birliyinin uzun illərdir ki, qəbul etdiyi və dünyanın nizam tərəzisini sağlam şəkildə yönləndirməyi az da olsa bacaraq, istinad yeri olan qanunları çeynəməsidir. Fransa açıq şəkildə, heç kimdən çəkinmədən dünyada qəbul edilməyən separatizmi dəstəkləyir, hətta bununla qürur duyur. Azərbaycanda bir dəvə misalı var, “dəvə başını pambıq koluna soxub, elə bilir gizlənib”. Fransanın Afrikada, Yaxın Şərqdə, Okeaniya ölkələrində etdiyi hərbi cinayətləri, soyqırımıları Parisin yadına salmaq ziyanlı olmaz. Başqa ölkələrə ağıl dərsi keçən, dümokratiyadan, insan haqlarından ağız dolusu danışması da bizə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” kəlamını xatırladır. Nə oldu, Fransa? Nə tez unutdun bunları? Sən unutsan da əlcəzairlilər, ruandalılar, madaqaskarlılar, kaledoniyalılar, korsikalılar heç vast unutmayacaqlar. O qanlı hadisələr onların geninə hopub, nəsildən nəsilə keçir.

Qayıdaq Fransa-erməni münasibətlərinə və separatçılara dəstək məsələsinə. Ən acınacaqlı durum budur ki, bu cinayətdə Fransa mediası da yaxından iştirak edir. Arayikilə görüşdə bu ölkənin tanınmış media qurumlarını nümayəndələri də iştirak ediblər. Yəni Parisin cinayətlərinə şərik olublar. Bəli, bu xəbər hazırlamaq yox, separatçılığı təbliğ etməkdir. Fransa-24 televiziya kanalında separatçının nə işi ola bilərdi, amma Fransanın tanınmış televiziyası diktator Makronun göstərişlərinə əmək edərək erməni separatçılarına gen-bol şərait yaratdı. Budur, Fransa mətbuatının iç üzü.

Arutyunyan Fransa vasitəsilə bütün Avropa dövlətlərinə Azərbaycanın təkəbbürlü davranışının qarşısını almaq üçün tədbirlər görülməsini istəyib və xatırladıb ki, Azərbaycan Türkiyə tərəfindən də dəstəklənir. Guya, Azərbaycan tək olsaydı Ermənistana qalib gələ bilməzmiş… Deyib ki, Avropanın Azərbaycanla neft və qaz maraqları olduğunu başa düşürük, amma bizim öz müqəddəratımızı təyinetmə hüququmuz ondan üstün olmalıdır. Bir sözlə, erməni separatçı şıltaq qız kimi ağlına gələni istəyib, Fransa da böyük bacı kimi onunla razılaşıb.

Yadınızdadırsa Fransa Senatının geniş tərkibli nümayəndə heyəti Ermənistanda səfərdə olmuşdu. Senat sədri Jerar Larşenin Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşən səfəri çoxsaylı görüşlərlə və Senat sədrinin çoxsaylı suallar doğuran açıqlamaları ilə yadda qaldı. 44 günlük müharibədə Ermənistanın təslim olmasından sonra Fransa esteblişmentində 2-ci şəxsin Ermənistanda olarkən ziddiyyətli və qərəzli açıqlamaları Cənubi Qafqaz regionunda Fransa siyasətinin prioritetlərini üzə çıxarır. Buradan belə görünür ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarının ilham mənbəyi məhz Fransadır. Cənubi Qafqaz siyasətində ölkəmizə qarşı uydurma ittihamlar Senatın əsas işidir, desək yanılmarıq. 10 noyabr tarixli üçtərəfi Bəyanatla münaqişəyə son qoyulması və Fransanın tənzimləmə prosesindən kənarda qalması Parisi oyundankənar vəziyyətə salıb. Beynəlxalq siyasətdə isə bu, böyük dövlət olmaq iddialarından geri çəkilməkdir. Həm də, böyük dövlət olmağın bir yolu da ədalətli olmaqdan keçir, amma bunun Fransa ilə heç bir əlaqəsi yoxdur.

Fransalı senator Natali Qulenin sorğusunda isə yazılır: “Uzun illərdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur. Münaqişənin həll olunması məqsədilə ATƏT Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə məlum Minsk Qrupunu yaradıb. Lakin son aylarda Minsk Qrupunun həmsədri kimi elementar neytrallıq prinsiplərini pozmaqla Fransa qətiyyətlə və ardıcıl olaraq Ermənistanı dəstələdiyini nümayiş etdirir. Əvvəllər heç zaman prezidentin və ya hökümətin bölgəyə səfəri tək Ermənistanla məhdudlaşmayıb və Fransa höküməti münasibətlərdə balansı qorumaq məqsədilə hər dəfə Ermənistana səfər edəndə bir neçə saatlıq da olsa Azərbaycanda da səfərdə olub. Əvvəllər heç zaman yüksək səviyyəli parlament diplomatiyası fransız diplomatiyasının rəsmi mövqeyinə zidd mövqe sərgiləməyib...”. Göründüyü kimi, Fransanın prezidenti ilə Senat sədrinin bölgəmizlə açıqlamalarının bir-birinə zidd olması Fransa senatorunun diqqətindən yayınmayıb.

Rəsmi Parisin Azərbaycanla Ermənistan arasında sülh prosesində birtərəfli mövqeyi hər kəsə bəllidir. Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr təxribatdan başqa bir şey deyil. Bu ermənipərəst siyasətin ən təhlükəli cəhəti ondan ibarətdir ki, Paris Bakı ilə İrəvan arasında vasitəçiliyə iddia edir. Əslində isə, regional sülhü zərbə altında qoyur. Ermənistan hazırkı şəraitdə silahlı qüvvələri və iqtisadiyyatı dağılmış vəziyyətdədir. Ermənilərin yeganə xilas yolu qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə inteqrasiya prosesini dərinləşdirməkdir.

Fransa uzun müddət ATƏT-in Minsk qrupunun həmsədri olub. Belə bir qərəzli mövqe nümayiş etdirən dövlət vasitəçilik təşəbbüsü ilə necə çıxış edə bilər? Fransa bu cür mövqe nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında vasitəçilik edə bilməz. Fransa vasitəçilik üçün siyasi, mənəvi haqqını itirib. Bu ölkənin başçısı Makron isə ilana zəhər daşıyan yaşıl kərtənkələdən fərqli deyil.

Makron barədə nə deyirlər?

Fransız siyasətçilər Makron haqqında: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.

Həyat yoldaşı Birijit: "Makron özünü "İsa Məsihin Yerdəki siması” hesab edir.

İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”.

Fransız siyasətçilər: “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”.

Türkiyəli ekspertər: "Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Türkiyə prezidenti Ərdoğanın beynəlxalq tədbirdə şəkil çəkdirən zaman Makronun zorla özünü sıraya soxması, salam vermək üçün uzatdığı əlinin havada qalması onu affekt vəziyyətinə sala biləcək qədər “təhlükəli” haldır.

Bundan başqa

- Makron “Ölü kapital”ı insan ölümü üzərindən “diriltməyi” bacaran investisiya mütəxəssisidir. O, 2014-cü ildə İqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri vəzifəsinə təyinatını bütün rəqiblərini mənəvi və fiziki terrora məruz qoymaqla reallaşdıra bilmişdi. Rəqibləri onu “soyuq qatil” adlandırırdılar. Onun nazir vəzifəsinə təyinatına qarşı çıxanlar indi iş sferasında görünmürlər, bəlkə də həyatda yoxdurlar.

- Fransanın tərəfkeşliyi Qarabağ probleminin həllində onu kənarda saxlayıb, Makron prosesin tərəfsiz iştirakçılarından birinə çevrilə bilmədi. Rusiya və Türkiyənin aktivliyi Fransanın birtərəfli mövqeyindən daha effektli vasitə kimi problemin həllinə təsir edə bilir.

Vəssalam...

V.VƏLİYEV