Putinlə Paşinyan arasında görüş başlayıb

9 Dekabr 2022 17:07 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. SİA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Görüş Qırğız Respublikasının paytaxı Bişkek şəhərində Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində keçirilir.

Liderlər regional və ikitərəfli məsələləri müzakirə edirlər.