2023-cü ilin qış dəbi necə olacaq? - ARAŞDIRMA

9 Dekabr 2022 17:06 (UTC+04:00)

Dəb bəzi insanların həyatında çox önəmli rol oynasa da, bəziləri üçün də əhəmiyyətsiz bir şeydir. Bu bəziləri üçün dəb son ilin trendləri, yerdə qalanlar üçün isə özünə yaraşanı geyinməkdir. 2023-cü ilin qış dəbi və həyatımıza daxil olacaq təzə trendlər haqqında isə təəccüblənməmək mümkün deyil. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Kovboy çəkmə

Əfsanəvi kovboy çəkməsi günümüzün ən böyük hitlərindən birinə çevrilib. O qədər ki, 2022-2023 mövsümünün ən diqqət çəkən modellərindən biri kovboy çəkmələridir. Bu çəkmələr xüsusilə naxışlı modelləri ilə seçilir.

Bəbir naxışı

Bəbir naxışının tarixinə nəzər salsaq görərik ki, bu, bütün zamanların ən görkəmli tendensiyalarından biridir.

Transparan detallar

Transparan görünüşlər bu ilin trendləri arasındadır. Dərinizi göstərmədən də qəşəng ola biləcəyinizi bildirən şəffaf dizaynları qarderobunuza daxil etməyi unutmayın.

Tvid parça

Fransız moda markası ilə eyniləşdirilən tvid parçanı pencəklərdə görməyə çox öyrəşmişik. Yeni forması ilə trendə daxil olan parça gödəkçə və paltar modelləri ilə podiumlarda diqqət çəkir.

Bəyaz

Bu mövsüm qış mövsümündə açıq rənglərə qarşı qərəzi qırırıq. Qışın tutqun havasının mənfi enerjisini ağ paltarlarla dağıtmalıyıq.

Trençkotlar

Payızın gəlişi trençkot modellərinin vitrinlərdə öz yerini tutması deməkdir. Klassik model trençkot modelləri hər il olduğu kimi bu il də zirvədə qalır. Üstəlik, bu il fərqli modelləri ilə daha dəbdədir. Əgər payız üçün klassik və zamansız bir parçaya sərmayə qoymağı düşünənlərdənsinizsə, sizə keyfiyyətli trençkota şans vermənizi tövsiyə edirik.

Klassika

Parlaq detallı mini axşam paltarları parlaq tədbirlərdə ən böyük xilaskarınız olacaq.

2000-ci illərin təsiri davam edir

Ötən dövrün ən məşhur markalarından olan "Miu Miu" bu il də aşağı bel trendini davam etdirir. Qış havasını hiss etdirən şəffaf detalları və tüklü detalları olan koftalar bu mövsümdə tələbatdır.

Rənglənmə zamanıdır

Keçid mövsümlərində qarderobun vazkeçilməz hissəsi olan dəri gödəkçələr "Prada"da rəngi və uzunluğu ilə diqqət çəkir. Çiyin xətlərini ön plana çıxaran bu uzun dəri gödəkçə rəngi ilə gözləri üzərinizə çəkəcək.

Yaz havası

Qış üçün əvəzolunmaz sviterlər bu mövsüm də dəbdədir. Yaz enerjisini sviterlərə daşıyan Fransız markası "Louis Vuitton" çiçək motivini ətəklərə də daşıyır.

Qadın xətləri

"Versace" qadınlığın önə çıxdığı soyuq havaları qırmızı ilə qarşılayır. Parlaq qırmızının bütün kombinasiyada üstünlük təşkil etdiyi bu mövsüm bütün gözlər üzərinizdə olacaq.

Üst-üstə geyinmək

Bu mövsüm üst-üstə geyinmək ön plana çıxır. Qeyri-adi görünsə də, üst-üstə düşən geyimlər mövsüm trendləri arasında öz yerini tutub.

Sveatshirt

Gələk bütün zamanların ən azad və rahat parçasına. Sveatshirt modelləri məktəb və universitet mövsümünün açılışı ilə bir daha trendlərdə yer almağı bacardı. Üstəlik, bu mövsüm çox daha naxışlı və çox daha rəngarəng variantları ilə dəbin mərkəzində olduğunu söyləyə bilərik. Bu mövsüm qəşəng və rahat görünüşlər yaratmağı düşünürsünüzsə, mövsümün gözə çarpan modellərini incələyərək keçməməyinizi tövsiyə edirik.

Oversize pencəklər

Oversize modasını formalaşdıran pencəklər bu mövsüm qadın kəsimli modelləri ilə diqqət çəkir.

Qalın üst geyimi

Puffer palto günümüzün ən çox seçilən üst geyim məhsulları arasındadır. Havalar soyumağa başladıqca artıq ən klassik modelləri vitrinlərdə və ətrafımızda görməyə başlamışıq. Bütün mövsüm istifadə edə biləcəyiniz xilaskar və dəbli parça axtarırsınızsa, tək bir puffer palto ilə bütün kombinasiyalarınızı tamamlaya və gündəlik görünüşünüzə stil əlavə edə bilərsiniz.

Hər mövsüm fərqli bir retro parçanın dəbdə olduğunun şahidi oluruq. Xüsusilə üst geyim məhsullarında retro parçalar tez-tez dəb halını alır və yeni dizaynlarla vitrinlərdə öz yerini tutur. Bu mövsümün ən dəbli retro parçası şübhəsiz ki, yarışçı gödəkçə modelləridir. Rəngarəng, zolaqlı və atletik duruşu ilə seçilən bu parçaları dərhal kəşf etməyi tövsiyə edirik.

Parıldayan köynəklər

Parıldayan parçalar qış mövsümündə də diqqətləri üzərinə çəkməyə davam edir. Bu qış mövsümündə diqqət çəkən kəsimli koftalar xüsusilə parıltılı modelləri ilə diqqət çəkir.

Dəri modası heç bitmir

Bildiyiniz kimi, dəri parçaları qış mövsümünün ən populyar məhsulları sırasındadır. Adi qara dəri parçaları ilə yanaşı, qəhvəyi dəri parçalar bu mövsüm daha çox diqqət çəkir. Yeri gəlmişkən, maraqlananlar üçün demək istərdik ki, bu mövsümün ən çox bəyənilən parçalarından biri də boş kəsilmiş dəri şalvardır.

Ayşən Vəli