“Bizi bitirə bilmədilər”

9 Dekabr 2022 17:01 (UTC+04:00)

Amerika həbsxanasından qayıdan rusiyalı Viktor But Birləşmiş Ştatların hələ 90-cı illərdə Rusiyanı “bitirmədiklərini” deyərək, bu gün yenidən ölkəni məhv etməyə çalışmaq istədiklərini dilə gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, “Russia Today” telekanalına danışarkən bildirib.

Butun dediyinə görə, 1990-cı ildə Sovet İttifaqı dağılmağa başlayanda onlar bizi bitirmədilər, yox bitirə bilmədilər.

Və bizim indi yaşamağa, idarə olunmamağa, heç kimdən asılı olmamağa, həqiqətən müstəqil güc olmağa, xalqımızın seçdiyi yolla inkişaf etməyə çalışmağımız,.. əlbəttə ki, onlar üçün belə sarsıdıcı xəbərdir.

But əmindir, ABŞ hakimiyyəti indi də Rusiyanı parçalamağa çalışır.

Qeyd edək ki, But 2008-ci ildə ABŞ-ın tələbi ilə Taylandda saxlanılıb. ABŞ onu ABŞ hakimiyyətinin terrorçu hesab etdiyi Kolumbiyalı üsyançılara silah satmaq üçün sui-qəsddə ittiham edib.

2010-cu ildə But ABŞ-a ekstradisiya edilib və il yarım sonra Nyu-York məhkəməsi onu 25 il həbs cəzasına məhkum edib. Butun özü təqsirini qəti şəkildə rədd edir, Rusiya hakimiyyəti bu işi siyasi iş adlandırır.

Beləliklə, 2022-ci ilin dekabrında But Rusiya Federasiyasında narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum edilmiş amerikalı basketbolçu Britni Qrinerlə dəyişdirildi.

Ağasəf Babayev