“Xalqa bağışlanan ömür” FOTOLAR

9 Dekabr 2022 16:56 (UTC+04:00)

09 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş, “Xalqa bağışlanan ömür” mövzusunda elmi-praktik konfrans keçirilnişdir.Konfrans başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransı giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolu barədə geniş və əhatəli məruzə etdi. Doğma Azərbaycanımızın hər yerində Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsini vurğulayan M.Mirxaslı qeyd etdi ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etmiş, torpaqlarımız işğaldan azad edilmişdir. Çıxışının sonunda YAP Cəlilabad rayon təşkilatının sədri M.Mirxaslı Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyətinin xalqımız tərəfindən daim fəxarət hissi ilə qeyd olunacağını, əziz xatirəsinin böyük məhəbbətlə, ehtiramla yad ediləcəyini ifadə etmişdir. Sonra çıxış edən Şəhid atası, partiya veteranı İlqar Nadirov, YAP fəalları Xəlil Məmmədov, Ofeliya Qəhrəmanova, Elçin Hüseynov, Fərqanə Məmmədova, İlqar Mirzəyev, Günel Məmmədova, Cahangir Muradov və başqaları Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, son dövrdə xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış möhtəşəm qələbəmizə aparan yoldan, Şanlı Ordumuzun qazandığı böyük zəfərin əhəmiyyətindən söz açmışlar.Tədbirin sonunda konfrans iştirakçıları Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüş, xatirəsini yad edərək öz sevgi və ehtiramlarını nümayiş etdirmişlər.