FTB və Apple arasında təhlükəsizlik böhranı

9 Dekabr 2022 16:38 (UTC+04:00)

FTB, Apple məhsulları üçün qarşıdan gələn təhlükəsizlik yeniləmələri ilə bağlı xəbərdarlıq edib və bildirib ki, şirkətin uçdan-uca şifrələməni gücləndirmək planları cinayətkarları və terrorçuları izləmək səylərinə mane olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, FTB bildirib ki, Apple buludda saxlanılan fayllar üçün yeni müdafiələr də daxil olmaqla, yaxın aylarda təqdim olunacaq bir neçə "qabaqcıl təhlükəsizlik xüsusiyyətlərini" elan etdikdən qısa müddət sonra yeni yeniləmələr təhlükə yarada bilər.