"SpaceX" kosmosa internet peyki göndərir

9 Dekabr 2022 16:33 (UTC+04:00)

Amerikanın kosmik gəmi və raket istehsalçısı "SpaceX", rəqib şirkət "OneWeb" üçün 40 kiçik internet peykini kosmosa göndərdiyini açıqladı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London mərkəzli rabitə şirkəti "OneWeb", "Twitter"dəki paylaşımında "SpaceX"ə təşəkkür edib və qütb orbitinə bağlı 40 kiçik peykin "Falcon" raketləri ilə kosmosa buraxıldığını bildirib.