"KikBoksinq" üzrə Respublika Kboku yarış keçirilir -FOTOLAR

9 Dekabr 2022 16:24 (UTC+04:00)

Bakı İdman Sarayında "KikBoksinq" üzrə Respublika Kboku üzrə yarış keçirilir. SİA-nın verdiyi məlumata görə, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək üçün keçirilir. Respublika kubokunda bölgələrimizdən və paytaxtımızdan bir çox klubların idmançıları bu yarışda öz güclərini sınayaıb. Turnir 6 dekabrda start götürüb. Bu gün turnirin son günündə olan yarışlarla birlikde respublika kuboku yarışı sona çatacaq. Turnir Azərbaycan "KikBoksinq" Federasiyası və Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Bu gün yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü olacaq.